1 ay əvvəl ana olmuş Emma dayədən imtina edir
Tarix: 8-07-2015, 16:54 |
Çap et
Bir ay əvvəl ilk dəfə ana olmaq sevincini yaşayan müğənni Emma Ələkbərzadə dayədən imtina edir.
Estrada ifaçısı ANS PRESS-ə açıqlamasında, uşağını dayələrə etibar etmədiyini söylədi: "Allah hamıya qismət etsin, ana olmaq gözəl hissdir. Uşağa baxmaq asan olmadığından, əlbətdəki köməyim var. Ailədə hamı mənə kömək edir. Davidimi yad insana, yəni dayəyə etibar edə bilmərəm, bu məsələdə yalnız doğmalarıma güvənirəm".
Emma Ələkbərzadə 1 aylıq oğlunun doğum gününü dünən sosial şəbəkədə təbrik etdi: "Bu gün düz bir aydır ki, bizim sevimli Davidimiz doğulub. Həmişə sağlam və xoşbəxt ol, bəxtin hər zaman gözəl olsun. Ad günün mübarək oğlum!".
Xatırladaq ki, Emma Ələkbərzadə 3 noyabr 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib. Cütlüyün təmtəraqlı toy mərasimi isə 2013-cü ilin fevral ayında olmuşdu.