AXCP-dən gedən Əbülfəz Qurbanlı danışdı: "Profilim oğurlanmayıb"
Tarix: 8-07-2015, 16:20 |
Çap et
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.
“AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.
Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.
***
Məsələni dəqiqləşdirmək üçün qafqazinfo Əbülfəz Qurbanlı ilə əlaqə saxlayıb, lakin onun telefonuna zəng çatmayıb. AXCP gənclər birliyinin sədri İlham Hüseyn də hazırda Əbülfəz Qurbanlı ilə əlaqə saxlaya bilmədiklərini deyib: "Ola bilsin ki, profili oğurlanıb. Çünki orada başqa şəkillər də paylaşılıb. Özü olsaydı onları silərdi".
***
Əbülfəz Qurbanlı narahat olan dostlarına belə cavab verib: "Profilim oğurlanmayıb, zənglərə də zərurət yoxdur".