Gevorkyan: “Bakı güclü müdafiə sisteminə malikdir”
Tarix: 8-07-2015, 15:03 | Çap et
Gevorkyan: “Bakı güclü müdafiə sisteminə malikdir”
İrəvan hələ də Rusiyanın peyki kimi görünür.

Axar.az xəbər verir ki, bu açıqlama ilə britaniyalı ekspert Lilit Gevorkyan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə qüvvələr balansını bərpa etmək üçün güclü imkanlara malikdir:

“Hələlik Ermənistanın raketdən müdafiə sistemləri alacağı bəlli deyil. Bundan başqa bəlli olmayan başqa bir şey bunun “İsgəndər M”, yoxsa daha sadə variant olan “İsgəndə E” raketləri olacaq. Əgər bu sistemlər Ermənistan hakimiyyətinin nəzarəti altında olsa, o zaman, sözsüz ki, onlar birbaşa Azərbaycana tərəf istiqamətlənəcəklər. Azərbaycanın kifayət qədər güclü raketdən müdafiə sistemi var, amma “İsgəndər”lərin Ermənistanın nəzarəti altında olması sadəcə xəbərdaredici hal olacaq. Məncə, regionda silahlanmanın növlərinin artması həll olunmamış konfliktlə bağlıdır və təəssüf ki, yaxın günlərdə yekunlaşmayacaq. Əgər həqiqətən müqavilə imzalansa, Ermənistanın yeni imkanı yaranacaq. Hərbi münasibətlərdə qeyri-bərabərlik uzun müddət davam etməyəcək. Bakı balansı bərpa etmək üçün kifayət qədər imkanlara malikdir. Ermənistan liderlərinin guya çoxvektorlu xarici siyasət yürütmələri ilə bağlı sözlərinə baxmayaraq, İrəvan hələ də Rusiyanın peyki kimi görünür. Raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi, həmçinin nüvə başlıqları gələcək hərbi inteqrasiyanın əsası ola bilər. Bu, həmçinin Qərb paytaxtları üçün də həyəcanlı vəziyyət yarada bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net