`Bizə tunelin sonunda işıq lazımdır` - Tsipras
Tarix: 8-07-2015, 14:56 | Çap et
`Bizə tunelin sonunda işıq lazımdır` - Tsipras
Yunanıstan baş naziri Aleksis Tsipras kreditorlardan ölkəsinin `tunelin sonunda işıq görə biləcəyi` saziş istəyir.

Bu barədə AzVision.az`RİA Novosti`yə istinadən xəbər verir.

`Bizə tunelin sonunda işığın olduğunu göstərən saziş lazımdır`, - deyə Tsipras Avropa parlamentində çıxışı zamanı bildirib.

Yunanıstan bu günün sonuna qədər böhrandan çıxış yolu üçün öz tədbirlər planını təqdim edib.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Yunanıstanı avro zonanın tərkibində saxlanılması barədə qərar qəbul edib. İyunun 5-i keçirilən referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net