Bəxtiyar Hacıyev dələduzu həbs etdirdi
Tarix: 8-07-2015, 14:48 | Çap et
Bəxtiyar Hacıyev dələduzu həbs etdirdi
Gənc fəal Bəxtiyar Hacıyev etibarından sui-istifadə edərək dələduzluq edən azərbaycanlı aktrisanın Türkiyə vətəndaşı olan həyat yoldaşı Nurettin Eres həbs edilib. Axar.az xəbər verir ki, bu barədə B.Hacıyev Feysbuk hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, Nurettin Eres 1 il 9 ay müddətinə həbs edilib:

“Mənə və bir çox Azərbaycan vətəndaşına öz etibarından sui-istifadə edərək dələduzluq edən Türkiyə vətəndaşı Nurettin Eres nəhayət ki, bu gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1 il 9 ay müddətinə həbs olunub. Özü və bu əməllərində ona dəstək edən həyat yoldaşı, aktrisa Mətanət Əhmədova vurduqları maddi və mənəvi ziyanı ödəmək, üzr istəmək əvəzinə, deyiblər ki, biz prezidentə müraciət edəcəyik.

Müraciət edin. Məhz belə fırıldaqçılara görə artıq çox adam bir-birinə borc verməyə, iş qurmaqda kömək etməyə çəkinir, ehtiyat edir”.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında türk liseyindən tanıdığı Türkiyə vətəndaşı Azərbaycanda məktəb açmaq üçün B.Hacıyevdən borc pul istəyib. Nurettin Eres Hacıyev vasitəsilə bir tanışından pul götürüb və bundan əlavə o, başqa şəxslərdən də borc götürərək Bakıda "Fənərbaxça" fanklubunu yaradıb. Amma sonradan borclarını qaytarmayıb. Borcun qaytarılması üçün də B.Hacıyev polisə müraciət edib. Ancaq Türkiyə vətəndaşı və azərbaycanlı həyat yoldaşı, aktrisa Mətanət Əhmədova-Eres məsuliyyətdən yayınmaq üçün polisə şikayət edərək bildiriblər ki, guya B.Hacıyev aktrisanın ərinə zorakılıq tətbiq edərək, pasportunu özündə girov saxlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net