Mingəçevir sakini bacısını öldürüb meyitini yandırdı
Tarix: 8-07-2015, 14:44 |
Çap et
Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
Qətli törədən şəxsin Mingəçevir şəhər sakini olduğu bildirilir. Adı hələlik açıqlanmayan şəxs iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndində bacısını qətlə yetirib, daha sonra meyiti yandırıb.
Meyit bu gün Bakı-Qazax magistralının kənddən keçən hissəsində, yolun kənarında aşkarlanıb. Qətli törədən şəxs özü polisə təslim olub (APA).