Müharibə imkanı Azərbaycanın əlindən alındı? - AÇIQLAMA
Tarix: 8-07-2015, 12:51 | Çap et
Müharibə imkanı Azərbaycanın əlindən alındı? - AÇIQLAMA
Qarabağ münaqişəsinin həlli ətrafında Qərbin ikili oyunları davam etməkdədir. Bu dəfə də İttifaqının Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber dilini farağat saxlamayaraq sözün əsl mənasında ikibaşlı danışıb.

Zalber İrəvana səfəri çərçivəsində münaqişənin “həlli istiqamətində” bir sıra görüşlər keçirib. O, işğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. Aİ nümayəndəsi bu fikrini həmin görüşdə bir neçə dəfə təkrar edib.

O, təmsil etdiyi qurumun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiyini deməklə həm də erməni tərəfinə ürək – dirək verib. Zalber dolayı yolla ifadə edib ki, mövcud status – kvonun saxlanmasında Avropa İttifaqı da maraqlıdır.

Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə Hafta.az-a açıqlamasında bildirib ki, bu kimi bəyanatlar yeni deyil:

“İlk dəfə deyil ki, Qərb təşkilatlarının nümayəndələri bu cür bəyanatlar verirlər. Hər zaman belə bəyanatların verildiyinin şahidi olmuşuq. Azərbaycanın öz ərazilərini BMT-nin nizamnaməsinə uyğun olaraq hər zaman azad etmək hüququ var. Bütün beynəlxalq hüquqlar bu yöndə bizim tərəfimizdədir. Sadəcə olaraq Azərbaycan uzun illərdir münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Çünki istənilən hərbi əməliyyatlara digər xarici dövlətlər müdaxilə edə bilər. Bununla bölgədə vəziyyət daha da gərginləşə bilər. Beləliklə də müharibənin çox böyük acı nəticələri ilə qarşılaşmış olarıq”.

Asim Mollazadə Zalberin bu sözlərinin şəxsi fikirdən o yana getmədiyini də bildirib:

“Bu bəyanatın Ermənistana dəstək nümayişi olduğunu düşünmürəm. Bu sadəcə bir müşahidəçinin mövqeyidir. Sadəcə olaraq burada təcavüzkara sanksiyalar müəyyənləşdirmədən bir mövqe nümayiş etdirilib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net