Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşaiyətilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı davam edir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən verilən məlumata görə, tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir Novruz bayramı ərəfəsində keçirilib.
Yeniyetmələr – Məhərrəmov Yasin, Məmmədov Fazil və Qurbanlı Zamin gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Milli Parkda gəzintidən və filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.