Qadınları satan baş redaktor həbs edildi
Tarix: 8-07-2015, 12:21 | Çap et
Qadınları satan baş redaktor həbs edildi
Rusiyanın paytaxtı Moskvada fahişəliyin təşkilatçılığında şübhəli bilinən 37 nəfər saxlanılıb. ANS PRESS-in məlumatına görə, dəbdəbəli "Flirt" jurnalının adı altında gizlənən təsisçi və baş redaktor Moskvada nəhəng seks-imperiyalarını yaradıblar. "Flirt"in sahibkarları yüngül əxlaqlı onlarla qız və nəhəng "dispetçer" şəbəkəsi sahəsində milyonlar qazanıblar.

Hüquq mühafizə orqanları bu ilin əvvəlindən araşdırmağa başladığı cinayət işində əsas şübhəlilər olan jurnalın baş redaktoru Stanislav Kazakovanı və təsisçisi Dmirti Zyablisevi həbs edib. Həmçinin müştərilərin zənglərini qəbul edən 35 dispetçer polislər tərəfindən saxlanılıb.

Moskva cinayətkar axtarış idarəsi bu cinayətkar qrupu Sankt-Peteburqdakı həmkarları ilə əməkdaşlıq sayəsində xüsusi təyinatlı polislərin köməyilə həbs edə biliblər.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva ictimaiyyətə açıqlamasında, jurnalın baş redaktorunun ona qeyri-leqal biznesin təşkilatçılığında kömək edən əri ilə birlikdə həbs edildiyini bildirib.
Əldə edilən məlumatlara görə, cinayətkar dəstənin üzvləri "Flirt", "Flirtim" və "Flirtmini" jurnallarında və saytlarda - adıçəkilən jurnalların elektron versiyalarında intim xidmətlər təklif ediblər.

Cinayət işinin araşdırılması çərçivəsində dərginin nəşr edildiyi nəşriyyat və dispetçer funksiyasını yerinə yetirən məntəqələrində axtarışlar aparılıb. Ümumilikdə 9 belə "dispetçer məntəqəsi" aşkarlanıb.

Bu şəbəkənin işçiləri fahişələrin xidmətlərindən istifadə etmək arzusunda olan müştəriləri onlarla əməkdaşlıq edən "pritonların" ünvanlarına cəlb etməklə məşğul olublar. Zyablisev müştəridən əldə edilən gəlirin 30%-ni sahiblənib. Bu vəsait onun Kivi bankdakı hesabına köçürülüb. Araşdırma zamanı fahişələrin və əxlaqsızlıq yuvalarının müştəri bazasını əsk etdirən qeydiyyat yazışmaları, eləcə də 2 milyon rus rubl və 10 min ABŞ dolları müsadirə edilib. Fahişəliyin təşkilatçılığı faktı ilə bağlı cinayət işi açılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net