Taliban razılaşdı: Sülhə 10 gün qaldı
Tarix: 8-07-2015, 12:19 |
Çap et
Pakistan hakimiyyəti və Taliban sülh danışıqlarını sona çatdıraraq, müqəddəs Ramazan ayının sonunda yenidən görüşmək qərarına gəliblər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda tərəflərin sülh danışıqları zamanı toxunulacaq məsələlərə səmimiyyət və tam fədakarlıqla yanaşacağı bildirilir.
Qeyd edək ki, Ağ Evin rəsmi sözcüsü Coş Ernest bundan əvvəlki danışıqları sülh əldə etmək üçün vacib addım adlandırıb.