Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqların aparıldığını bəyan edib
Tarix: 8-07-2015, 11:19 | Çap et
Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqların aparıldığını bəyan edib
Əfqanıstan prezidenti Əşrəf Qəni “Taliban” hərəkatının nümayəndələri ilə rəsmi danışıqların aparıldığını bəyan edib.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, danışıqlar Pakistanın paytaxtında baş tutub.

Görüşün detalları və nəticələri haqqında məlumat açıqlanmır.

Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazi Xəlilulla bildirib ki, ölkəsi baş tutan görüşü əfqanlar üçün barışıq prosesinin asanlaşdırılması öhdəliyi kontekstində nəzərdən keçirir.

Pakistanın baş naziri Nəvaz Şərif isə İslamabadda keçirilən danışıqları irəliləyiş adlandırıb. Bununla yanaşı o, nizamlanma prosesinin çətinliklərinin olacağını da bildirib. N. Şərifin sözlərinə görə, dünya ictimaiyyəti danışıqlar prosesinə heç kimin mane olmadığını görməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net