«Deyəsən, kimlərinsə «Rizvan Vahabov dərdi» başından aşır…»
Tarix: 8-07-2015, 11:15 | Çap et
«Deyəsən, kimlərinsə «Rizvan Vahabov dərdi» başından aşır…»
«Təzadlar» Zaqataladan daha bir oxucu məktubu alıb. Şəhər sakini Mirdamət Axundovun məktubunu ixtisarla təqdim edirik:
Hörmətli redaksiya! Ötən saylarınızda bəzi Zaqatala sakinlərinin tanınmış ziyalı, keçmiş nazir Rizvan Vahabov barədə sizə yazmış olduqları məktubu saytınızdan oxudum. Orada «Gündəlik Bakı» və «Yeni Müsavat» qəzetlərinin adı çəkilirdi. Belə başa düşdüm ki, həmin KİV-lərdə və onların eyni adlı saytlarında R.Vahabov barədə yazılar dərc olunub. Sahibkarlıqla məşğul olduğumdan mətbuata diqqət ayırmağa imkanım olmur. Amma bu dəfə hər iki saytı izlədim. Xüsusən də «Gündəlik Bakı» qəzetinin saytını izləyəndə dəhşətə gəldim. Təsəvvür edirsinizmi, qeyi-peşəkarlıq və qərəz o dərəcədir ki, təkcə bir ayda həmin saytda (yəqinki qəzetdə də) R.Vahabov barədə ondan çox yazı dərc olunub və hamısında da eyni ittihamlar və fikirlər kəllə-mayallaq verilir, təkrarlanır. Hətta həmin saytda verilir ki, guya bu KİV dövlətçiliyə, yəni hakimiyyətə işləyir, dəstəkləyir. Əla! Bəs R.Vahabov kimdir? Hakim partiya olan YAP-ın Siyasi Şurasının üzvü, uzun illər indiki hakimiyyətin sağ əli olmuş bir şəxs. Elə isə hakimiyyətə rəğbətli qəzet də hakimiyyətə yaxın olan bir insanı abır-ismətdən salar? Ağsaqqal adama nə qədər sataşmaq, söz atmaq, əsəbləri ilə oynamaq olar? Şəxsən mən də sağlam və haqlı tənqidin tərəfdarıyam. Amma bu yol doğru yol deyil. Bilmirəm, Rizvan Vahabov həmin KİV-i məhkəməyə veribmi, amma bilirəm ki, sonda həmin KİV-in rəhbəri (mətbuatdan artıq izlədim) təkzib verəcək, minnətçi salacaq ki, bir səhvdir olub. Baxın, həmin KİV-in 03.07.2015-ci il tarixli sayında «Rizvan Vahabov: tamahkar "dayı"nın haqq-hesab axtarışları», 24.06.2015-ci il tarixli sayında «Rizvan Vahabov "zəhmətkeş məktubu" yazdırmağa başlayıb», 30.06.2015-də «Hər şey göz qabağındadır, Rizvan Vahabov!», 17.06.2015-də «Rizvan Vahabov "zəhmətkeş məktubu" yazdırmağa başlayıb», 11.06.2015-də «Rizvan Vahabov müxalifət nümayəndələri ilə işbirliyindədir?», 30.05.2015-də «Sabiq məmurun tükürpədən əməlləri...», 22.05.2015-də «Keçmiş məmur iş adamının əmlakını ələ keçirmək istəyir», 07.07.2015-də «Rizvan Vahabov Rəsul Quliyevi niyə Azərbaycana gətirmək istəyirdi?» və sair yazılar… Təkrar edirəm, bütün bu yazılarda tənqiddən uzaq bir niyyət var: Rizvan Vahabovu çərlətmək, gözdən salmaq, hissiyatına toxunmaq, ələ salmaq, kimninsə sifarişi ilə acıq çıxmaq! Son məqsəd nədir, bunu aydınlaşdırmaq lazımdır. Axı, bir şəxs barədə bu qədər təkrar əsassız məlumatları, yalan ifadələri işlətmək nəyə lazımdır? Rizvan Vahabov da insandır və yəqinki ürəyi daşdan, əsəbi dəmirdən deyil. Axı bu KİV ondan nə istəyir, bəlkə o şeyi ki istəyirlər, o, Rizvan Vahabovda yoxdur! Elə isə insanı bu hala gətirmək yaxşı işdirmi? Bizim Zaqatalada bir məsəl var: «Elə et ki, canavar səni bağışlaya bilsin!».
Bəlkə də bunların mənə aidiyyəti olmadığı qənaətində olanlar da oldu. Amma belə məsələlərin hər birimizə dəxli var. Bilirsiniz necə? Mən həmin yazıların məzmunundan belə anladım ki, bu tip KİV-lər hər birimizi istədiyi anda, tanıdı-tanımadı, özünə şikar seçə bilər. Amma həm də unutmaq lazım deyil ki, Prezident İlham Əliyevin ermənilərə verdiyi mesajda olduğu kimi, bəzilərinin səbri Rizvan Vahabovdakı kimi tükənməz olmaya bilər, yəni bizim səbrimiz tükənməz deyil!
Hörmətli redaksiya! İnanıram ki, bu məktubumu dərc edəcəksiniz. Ən azından bəzilərinin səhvini başa salınması naminə.
Mirdamət Axundov,
Zaqatala şəhəri, H.Əliyev prospekti-36





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net