Qadın 43 il kişi kimi işləyib (FOTO)
Tarix: 18-03-2015, 16:37 | Çap et
Qadın 43 il kişi kimi işləyib (FOTO)
Misirdə 63 yaşlı qadın ailəsini dolandırmaq üçün 43 il boyu kişi kimi işləyib.

ANS PRESS-in məlumatına görə, Sisa Abu Daooh adlı qadın evlənəndən qısa müddət sonra həyat yoldaşı ölüb. 21 yaşlı dul qadın özünü və doğulmamış övladını dolandırmaq üçün kişi geyimində işləyib. O, 43 il ərzində bu yolla inşaat işlərində, tarlalarda, təmizlik işlərində çalışıb.

Qızı böyüyən qadın onu evləndirsə də qızının əri iflic olub. Sisa bundan sonra da ailənin bütün yükünü öz üzərinə götürüb. O həm özünü, həm də qızının ailəsini dolandırmaq üçün işləməyə davam edib. Misir hökuməti də qadının bu fədakarlığını qiymətləndirərək onu "ideal ana" elan edib.

"Mən özümü kişilərdən və onların baxışlarından qorumaq üçün kişi olmağa qərar verdim. Onların paltarlarını geyinib məni heç kəsin tanımadığı yerdə işləməyə başaldım", - deyə Sisa Abu Daooh bildirib. Qeyd edək ki, qadın hələ də dəmir yolunda kişi geyimində ayaqqabı rəngləyir.


Qadın 43 il kişi kimi işləyib (FOTO)
Qadın 43 il kişi kimi işləyib (FOTO)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net