Sarkisyan günahları Putinin üstünə atdı – Armen Badalyan
Tarix: 8-07-2015, 11:03 |
Çap et
“Xalq enerji tariflərinin əvvəlki vəziyyətə qayıtmasını kimdən tələb etməlidir, Sarkisyandan ya Putindən?”.
Hafta.az-ınaravot.am – a istinadən verdiyi xəbərə görə, bunu erməni politoloq Armen Badalyan deyib. Badalyan Sarkisyanın hələ də üçüncü, dördüncü şəxslərlə xalqla danışdığını anlamadığını vurğulayıb:
“Yarım aydır mitinqlər davam edir. 24 saatlıq etiraz növbəsinə keçilib. Polis üç dəfə insanlara amansızlıqla zor tətbiq edib. Bu zorakılığın altındakı imzaya aydınlıq gətirilməlidir. Siz hələ də xalqın qarşısına çıxıb öz sözünüzü deməmisiniz. Üçüncü – dördüncü şəxslərə xəbər yollamağınız xalqa ən böyük hörmətsizlikdir”.
Badalyanın sözlərinə görə, xalqın ən böyük tələbi olan işıqpullarının azaldılması məsələsində hökumətin mövqeyi aydın deyil:
“Serjikin adamları xalqla görüşdə bütün günahların Rusiyada olduğunu deyir. Başa düşmürəm iqtidarın vəziyyətdən çıxış yolu kimi alternativi yoxdurmu? Sarkisyan deyir ki, işıqpulunu Putin qaldırıb. Onda sual ortaya çıxır ki, cənab Serj bəs siz kimsiniz? Bu, dövlətə, onun müstəqilliyinə zərbə deməkdir”.
Xatırladaq ki, işğalçı ölkədə 22 iyundan başlayan mitinqlər bugünə qədər davam etməkdədir. Ümumxalq etirazları nəticəsində 1 nəfər ölüb, 276 nəfər isə hələ də həbsxanadadır.