Qarabağda gizlənən rus milyarder: `Siz həqiqəti biləcəksiniz`
Tarix: 8-07-2015, 10:29 |
Çap et
Ailəsi ilə birlikdə Qarabağa köçən rusiyalı milyarder Qerman Sterliqov bazar ertəsi mətbuat konfransı təşkil edəcəyinə dair söz verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə milyoner özü `Vkontakte` səhifəsində yazıb.
`Bu gün dağlardan düşdüm, internetə daxil olduq və təəccübləndim. Bazar günü mətbuat konfransı keçirəcəyəm. Konfrans Dağlıq Qarabağ – Şuşada, günorta, Kazançeçoç küçəsində keçiriləcək. Akkreditasiya üçün telefon nömrəsi: +37497178343. Əziz jurnalistlər, siz həqiqəti biləcəksiniz”, - deyə milyoner yazıb.
Qeyd edək ki, daha əvvəl biznesmenin vəkili `Kommerstant` qəzetinə müsahibəsində Qerman Strelkovun ailəsi ilə birlikdə Dağlıq Qarabağa getdiyini bildirib.