"Gülağa bəy məhkəməyə müraciət edərsə, buna çox sevinərəm"
Tarix: 7-07-2015, 17:55 | Çap et
"Gülağa bəy məhkəməyə müraciət edərsə, buna çox sevinərəm"
Ötən gün Müsavat başqanının müavini Gülağa Aslanlının vəkili Nemət Kərimli mətbuata açıqlamasında bildirmişdi ki, Gülağa Aslanlı hazırda mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənlini məhkəməyə verəcək.

Jurnalist Elbəyi Həsənli Moderator.az -a açıqlamasında Gülağa Aslanlının onu məhkəməyə verəcəyi təqdirdə buna çox sevinəcəyini bildirib:

"Müsavat başqanının müavini Gülağa Aslanlının vəkili Nemət Kərimli mətbuata belə bir açıqlama verib:” Elbəyi Həsənli müxtəlif şəxslərə şər-böhtan atıb. Konkret olaraq həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edəcək.” Artıq vəkil məhkəmə hakiminin yerinə və özü də məhkəmə olmadan qərar verib ki, Elbəyi Həsənli müəyyən şəxslərə şər-böhtan atıb. Belə birisinə vəkil demək ayıbdır. Şəxsən mən belə diletant vəkilləri haqqında düşünəndə nədənsə gözümün qabağından balqabaq və xiyar kimi bostan bitkiləri gəlib keçir. Gülağa bəyin məhkəməyə müraciət edəcəyinə isə qətiyyən inanmıram. Çünki əskiləri tüstülüdür. Amma belə bir addım atsa, mən buna çox sevinərəm. Gülağa bəy Müsavat Partiyasının qeyri-qanuni olaraq verdiyi vəsiqə və arayışlara görə rüşvət alınmadığını sübut etsə, bu, mənim də 20 il üzvü olduğum firqənin itmiş nüfuzunun qismən bərpa olunmasına təkan verə bilər. Məhz elə buna görə də Gülağa bəyə bəri başdan uğurlar arzulayıram. Ancaq ona da əminəm ki, məhkəmədə heç indi adı çəkilməyə o qədər pisliklər üzə çıxacaq ki..."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net