Xalq artisi İlham Əliyevə müraciət etdi
Tarix: 18-03-2015, 15:58 | Çap et
Xalq artisi İlham Əliyevə müraciət etdi
Bakı şəhərində qanunsuz tikintilərin sayı həddən artıq çoxdur. Belə yeni tikilililərin və müxtəlif obyektlərin sayı ilbəil artsa da, onların heç də hamısı sona kimi tikilib bitmir. Belə ki, bunun üçün bəzi tikinti şirkətlərinin kifayət qədər vəsaiti olmur, bəzən isə bu və ya digər səbəbdən dövlət strukturları inşaatı yarımçıq saxlayır. Belə tikililərdən biri də Binəqədi rayonunda Əcəmi Naxçıvani 3068 ünvanındakı "Olimp" yaşayış kompleksinin binasıdır. Təbi ki, yarımçıq bina...

Sözügedən bina sakinləri, demək olar ki, artıq bir çox vətəndaşlar tərəfindən tanınır. Bu məşhurluq təkcə həmin kompleksdə yaşayan tanınmış simaların hesabına qazanılmayıb. Bu işdə hüquqlarının pozulmasına göz yummayıb küçələrə çıxıb öz haqq səsini ucaldan bina sakinlərinin də əməyi az deyil. Amma heç şübhəsiz ki, onları öz haqlaını tələb etməyə ruhlandıran binanın məhz məşhur sakinləridir. Belə ki, "Olimp" MKT-nin "əl işi" olan bu binada Azərbaycanın bir neçə xalq artisti, Qarabağ müharibəsi əlili, əməkdar idman ustası, güləş üzrə ikiqat dünya çempionu yaşayır. Binada məskunlaşmış 420 ailədən olan 1200 nəfər də onlardan nümunə götürərək, lazımi dövlət qurumları qarşısında öz haqq səslərini ucaldırlar. Artıq bir neçə ildir ki, kompleksin sakinləri MTK rəhbərliyindən öz haqlarını tələb edir, onlar isə nəinki şikayətlərə məhəl qoymur, heç mövcud problemlərlə maraqlanmırlar da. Sakinlərin etiraz aksiyalarına baxmayaraq, "Olimp" MTK rəhbərliyi yalnız öz cibinə xidmət etməklə məşğuldur. Bir sözlə, hər yolla öz gəlirini artırmağa çalışır.

Bu yaxınlarda, daha dəqiq desək, martın 14-də "Olimp" MTK sakinləri növbəti dəfə kompleksin həyətində nümayiş keçiriblər. Toplantıda onları narahat edən bir sıra ciddi problemləri dilə gətirilib. Sonda sakinlər mövcud problemlərin ən vaciblilərindən ibarət siyahı tərtib ediblər: kompleksin natamam inşası, kompleksin mənzillərin təhvili komissiyasından keçməməsi, kompleksdə təhlükəsizlik qaydalarına riayət olunmaması, kompleksin ümumi sahəsində aid ərazinin MTK payçıları tərəfindən zəbt olunmasıə və həyətdə şübhəli obyektlərin inşası, MTK-nın həyətindəki sonda faciəyə gətirib çıxara biləcək təhlükəli yollar, mühafizə xidmətinin, yanğına qarşı ləvazimatların olmaması, həyətə giriş və çıxış yollarının bağlanması, binadakı bəzi mənzillərdə tay massajı xidmətinin göstərilməsi ilə bağlı sakinlərdə yaranmış şübhə.

Qeyd edək ki, toplantıda KİV nümayəndələri də iştirak ediblər. Sakinlər media nümayəndələrinin qarşısına çıxaraq çəkinmədən öz problemlərini dilə gətiriblər.

"Axı nə üçün biz öz halla mənzilimizdə qeydiyyata düşə bilmirik? Axı niyə biz bu qədər vaxtdır ki, MTK rəhbərliyinin kaprizlərinə dözürük? Onlar sözün əsl mənasında bizi ələ salıblar. Heç kim bizim problemlərimizlə maraqlanmır. "Olimp" MTK-nın sahibi bizi hesablaşmır. Dəfələrlə deyib ki, xoşu gəlməyən çıxıb gedə bilər. Mən Qarabağ veteranıyam Vətən uğrunda canımı qoymuşam. Lazım gəlsə, yenə də düşmən qarşısına çıxaram. Bu gün sivilizasiyalı cəmiyyətdə yaşayırıq. Belə cəmiyyətdə yalnız öz cibini güdən şəxslərə yer yoxdur. "Olimp" MTK-nın sahibi nədən pul çıxarmaq mümknüdürsə, hamısını satır. Həyətdə gördüyünüz müəmmalı obyektlərin inşasına da göz yumur. Yaxınlıqda yeni bina tikir. Yeni bina inşa etməyə pulu var, amma bizim binanı tamamlamağa yoxdur. Bizdən gecə-gündüz pul yığır, amma vergi ödəmir. Şikayətlərimizə reaksiya vermir. Heç dövlət qurumları da məsələyə müdaxilə etmir. Sözün düzü, bu, bizə bir qədər şübhəli görünür", - deyə Qarabağ müharibəsi veteranı Cəfər Mustafayev deyib.

Cəfər Mustafayev həmçinin bildirib ki, kompleksdəki şəraitsizlik burada yaşayan azyaşlıların həyatə üçün əsl təhlükədir: "Uşaqların və yaşlıların istirahəti üçün nəzərdə tutulmuş həyətin ərazisinin zəbt edilməsi vicdansızlıqdır. Hamımıza yaxşı bəllidir ki, bu gün dövlətimiz uşaqların asudə vaxtının səmərəli təşkili üçün hər cür şəraiti yaradır. Uşaq evləri və internatların inşası, azyaşlıların sosial təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin təşkili buna sübutdur. Amma "Olimp" MTK-nın sahibi heç dövlətimizin də maraqlarına məhəl qoymadan öz əməllərinə davam edir. Uşaqların haqqı olan bu həyətdə məqsədi bəlli olmayan obyektlər tikir. Buna nə ad vermək olar? Dəmir armaturların, addımbaşı qazılmış çala-çuxurun, qalaq-qalaq yığılmış zibilin olduğu həyətdə oynayan bu körpələr bizə necə xoşbəxt gələcək vəd edə bilər axı? Bu, ilk növbədə onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Gecə eyvandan görürsən ki, şübhəli şəxslər həyətdə fanarla gəzib nəsə axtarırlar. Kim bilir, bəlkə də onlar oğru, yaxud narkomanlardır. Mühafizə xidmətinin olmadığı yaşayış kompleksində, nə desən, baş verə bilər. Haçan baxsan, gecə-gündüz bir nəfər şəxs əyləşib mühafizəçi üçün təyin olunmuş yerdə. Bu yaxınlarda bloklardan birindən 5 velosiped oğurlayıblar. Ardınca mənzil qarət olunub. Bir dəfə isə gənc bir qız özünə qəsd etmək üçün kompleksin damına çıxıb özünü atacağını deyirdi. Bir sözlə, "Olimp" MTK-da hərcmərlik və qanunsuzluq hökm sürür".

Toplantının sonunda kompleks sakinləri kömək üçün növbəti dəfə Azərbaycan prezidenti İlham Əliyevə müraciət etməyi qərara alıblar. Belə ki, "Olimp" MTK sahibinin əməllərinin qarşısını heç bir dövlət qurumu ala bilmir. Tədbirdə həmçinin kompleksdə uzun illərdir mövcud problemlərini ictimaiyyətini diqqətə çatdırmaq üçün daima dövlət siyasətimizi dəstəkləyən şəhərdə dinc nümayiş keçirmək qərara alınıb.

Müraciəti binanın sakimi, xalq artisti Qəndab Quliyeva da imzalayıb.

/İstiqlal.az/





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net