"Bu gənclər İslam Oyunlarında da çıxış edə bilər”- Federasiya prezidenti
Tarix: 7-07-2015, 15:35 | Çap et
"Bu gənclər İslam Oyunlarında da çıxış edə bilər”- Federasiya prezidenti
Bu gün Gənclər və İdman Nazirliyinin binasında "Bakı 2015" I Avropa Oyunlarında medal qazanmış karateçilərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Mirkamil Rəhimov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman və medal qazanmış idmançılar iştirak edib.

Açılış sözü ilə çıxış edən federasiya prezidenti Yaşar Bəşirov karateçilərimizin Avropa Oyunlarındakı çıxışından danışıb: “Avropa Oyunlarında ölkəmizə ilk medalı karatemçilərimiz qazandırdı. İlahə Qasımova bu uğura imza atdı. Rafael Ağayev də yenə öz sözünü dedi. Qızıl medal qazandı.

Bəşirov idmançılarımızdan belə uğur gözləmədiyini bildirib: “PayızDa İndoneziyada gənclər və yeniyetmələrin dünya çempionatı var və biz ora gedəcəyik. Bu gənclər İslam Oyunlarında da çıxış edə bilər”.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri 4 qızıl və 2 bürünc medal qazanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net