Boris Nemtsovun işində yenilik - "Çarli Hebdo"nun günahı yoxdur
Tarix: 7-07-2015, 15:28 | Çap et
Boris Nemtsovun işində yenilik - "Çarli Hebdo"nun günahı yoxdur
Boris Nemtsovun qətli üzrə aparılan cinayət işində şübhəli bilinən Zaur Dadayevlə üzləşdirilən şahid bəyan edib ki, Dadayev qətli hələ 2014-cü ilin noyabrında planlaşdırırmış.

Avropa.info xəbər verir ki, qətli planlaşdırıldığı vaxt Fransanın “Çarli Hebdo” jurnalına hücumdan çox daha əvvələ düşür. Bunacan qətlin motivi kimi göstərilən versiyalardan biri də Boris Nemtsovun jurnala verdiyi dəstəklə əlaqələndirilir.

İstintaq orqanlarındakı mənbələrinə istinad edən “Rosbalt” saytı yazır ki, Dadayevlə üzləşdiriləcək şahidin adı sonadək gizli saxlanılıb. İfadə verən gənc adam bildirib ki, Dadayevin ciddi cinayət əməli hazırlamasından hələ noyabr ayında şübhələnmişdi.

Şahid Dadayevi tanısa da, Dadayev öz növbəsində həmin şəxsi ilk dəfə gördüyünü deyib. O, noyabr-dekabr aylarında Çeçenistanda olduğunu bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net