İspaniyada uşaqları İŞİD terror təşkilatına cəlb edən qadın tutulub
Tarix: 7-07-2015, 12:36 |
Çap et
İspaniya milli polisi Lansarot adasında uşaqları və yeniyetmələri İraq və Suriyada İŞİD terror təşkilatının tərəfində silahlı münaqişələrdə iştiraka cəlb edən qadını həbs edib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Pireney krallığının Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həbs edilən İspaniya vətəndaşı Suriyadakı İŞİD terrorçuları ilə birbaşa əlaqə saxlayıb.
Krallığın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD-ə qarşı mütəmadi olaraq əməliyyat keçirir. Əməliyyat zamanı həm bu terror təşkilatına cəlb edənlər, həm də onların təsirinə məruz qalanlar saxlanılır.
Qeyd edək ki, İspaniyada təkcə bu il ərzində 30-dan çox potensial terrorçu həbs edilib.