“Dedi ki, “ayrılsan, səni öldürərəm...””- Məşhur aktrisadan şok açıqlamalar
Tarix: 7-07-2015, 11:30 | Çap et
“Dedi ki, “ayrılsan, səni öldürərəm...””- Məşhur aktrisadan şok açıqlamalar
Yoldaşı Serkan Uçardan boşanmaq üçün məhkəməyə ərizə verən məşhur aktrisa və aparıcı Ece Erken ərinin onu ölümlə hədələdiyini deyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ay əvvəl uşaqları olan cütlüyün evliliyi üzərində qara buludlar gəzir. Məhkəməyə ərizə verən aparıcı bildirib ki, əri boşandığı təqdirdə onu öldürəcəyini deyib. Erkənin iddialarına görə, hamiləlik zamanı yoldaşı tərəfindən döyüldüyü üçün dəfələrlə xəstəxanaya aparılıb, hətta uşağını itirmək təhlükəsi ilə üzləşib. Hər dəfə üzr istəyən yoldaşı ilə evliliyini artıq davam etdirə bilməyən aparıcı tez-tez polisə zəng etmək məcburiyyətində qaldığını da vurğulayıb. Məhkəməyə verdiyi ərizədə yoldaşının onu və ailəsini təhqir etdiyini yazan Erken bildirib ki, neçə gündür telefonuna “ayrılsan, səni öldürərəm” , “əvvəl səni, sonra özümü öldürəcəm” mesajları gəlir.

Qorunmaq üçün məhkəməyə müraciət edən Ece ərinin ona və uşağa yaxınlaşmaması üçün lazımi bütün tədbirlərin alınmasını xahiş edib. Məhkəmənin qərarına görə, Uçar 3 ay müddətində yoldaşına yaxınlaşa, ona təhqir və yaxud alçaldan hər hansı söz deyə bilməz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net