Kanadalı model İŞİD-lə döyüşməyə gedib
Tarix: 7-07-2015, 11:20 | Çap et
Kanadalı model İŞİD-lə döyüşməyə gedib
Kanadalı model İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı döyüşmək üçün Suriyaya gedib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı model Tiger Sun Kanadadakı həyatını geridə qoyub İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya gedərək YPG-nin qadın qüvvələri olaraq bilinən YPJ-yə qatılıb.

Bir qız anası olan və Zambiyada doğulan 46 yaşlı model İŞİD-in bir videosunu gördükdən sonra livanlı həyat yoldaşından ayrılaraq döyüşməyə qərar verib.

Nəzarətçi vəzifəsini yerinə yetirən və snayper silahından istifadə edən model döyüşdə ön sıralarda vuruşur.

Tiger Sun mətbuata verdiyi reportajında bildirib:

“Şiddətə şahid oldum. İŞİD-in günahsız insanları öldürdüyünü gördüm. Bəli, döyüşün içindəyəm. Onların bizi öldürməyə çalışdığını gördüm. Biz də İŞİD-çiləri öldürdük, onları gördüm”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net