Fidel Kastro: “Yoldaş Çipras...”
Tarix: 7-07-2015, 11:06 | Çap et
Fidel Kastro: “Yoldaş Çipras...”
Kubanın keçmiş lideri Fidel Kastro Yunanıstanın Baş naziri Aleksis Çiprasa referendumda qazandığı müvəffəqiyyətə görə təbrik məktubu yollayıb.

Kastro Çiprasın bütün təhdidlərə qarşı Yunanıstanın mənliyini və mədəniyyətini qorumağı bacardığını bildirib:

"Böyük zəfərinizdən ötrü sizləri təbrik edirəm. Referendum günü bütün hadisələri izlədim. Yunanıstan kubalılar üçün çox yaxın ölkədir. Yunanıstan bizlərə fəlsəfə, elm, sənət və mədəniyyət sahəsində çoxlu miras buraxıb. Ölkə bu qarışıq vəziyyətdə Latın Amerikasına cəsarət dərsi verdi. Xarici təhdidlərə qarşı Yunanıstan öz kimliyini və mədəniyyətini qorumağı bacardı. Var olan siyasi sistemdə dünyamız, sülh və həyatda qalmağımız kimi mövzular incə bir ipə bağlıdır. Bu mövzularda alınan hər qərar çox yaxşı şəkildə analiz edilməli və diqqətli bir şəkildə tətbiq olunmalıdır. Yoldaş Aleksis Çipras, yolunuzda uğurlar arzulayıram".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net