“Xəzər”in aparıcısı ANS-də
Tarix: 7-07-2015, 10:40 | Çap et
“Xəzər”in aparıcısı ANS-də
“Xəzər” telekanalının keçmiş aparıcısı Günay Rəhimova uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, aparıcı bundan sonra ANS ÇM-də “Xəbərlər” aparıcısı kimi çalışacaq.

G.Rəhimova əməkdaşımızla söhbətində məlumatları təsdiqləyib:

“7 ay efirdən uzaq qaldım. ANS-də çalışmaq mənim üçün böyük şərəfdir. Ora bir məktəbdir. Burada çalışan peşəkarlardan nəsə görüb götürmək imkanım varsa, nə xoş mənə. Karyeramda radio təcrübəsinin olmasını da istədim. İndi tamaşaçılar üzümü görməyəcək, yalnız səsimi eşidəcək. Əslində əvvəl “Xəbərlər” aparıcısı olmuşam. Daha sonra şou xarakterli verilişə gəldim. Müsahibələrimdə xəbərlərə qayıtmaq istəmədiyimi deyirdim. Amma qismət”.

Qeyd edək ki, G.Rəhimova "Xəzər"də "Bizim gün" verilişinin aparıcısı olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net