Sarkisyana etiraz edən erməni ağzını tikdi
Tarix: 7-07-2015, 10:23 | Çap et
Sarkisyana etiraz edən erməni ağzını tikdi
Ermənistan paytaxtı Yerevanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxış edən aksiyaçılardan biri ağzını tikib.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi aclıq aksiyası edən digər iştirakçı David Sanasaryana istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistan polisi Yerevanın mərkəzində yerləşən Baqramyan prospektini etirazçılardan təmizləyib. Mitinqin dağıdılması nəticəsində 46 nəfər saxlanılıb.

İyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net