Siyasətçilərimiz yayı harada keçirəcəklər? - SORĞU
Tarix: 6-07-2015, 17:40 | Çap et
Siyasətçilərimiz yayı harada keçirəcəklər? - SORĞU
Yay fəsli siyasət və diplomatiyada durğunluq fəsli kimi qeyd olunur.

Bəs bu fəsildə siyasətçilər nə edirlər?

Hafta.az-ın sorğusunda iştirak edən ölkə siyasətçiləri bu suala cavab veriblər.

Millət vəkili Fazil Mustafa bildirib ki, yay fəslində adətən heç bir ölkəyə istirahət üçün getmir:

“Hər il olduğu kimi, bu il də tətilimi Azərbaycanda öz ailəmlə birlikdə keçirəcəyəm”.

Millət vəkili Asim Mollazadə də həmkarı kimi Bakını seçib:

“Mən qışda da Bakıda idim, yazda da, indi də. Bu yayı da Bakıda keçirəcəyəm”.

Millət vəkili Fəzail Ağamalı tətil yerini hələ dəqiqləşdirməyib:

"Tətilimi Azərbaycanda keçirəcəyəm. Hələ ki, Bakıdayam. Ancaq arada rayonların birinə gedib bir qədər dincələcəyəm. Hansı rayon olduğunu dəqiqləşdirməmişəm".

AXP sədri Pənah Hüseyn isə bildirib ki, istirahət zamanı deyil:

“Bu yay istirahət zamanı deyil mənim üçün. Çünki partiyamız qurultaya hazırlaşır. Hazırda bu işlərlə məşğuluq. Bundan sonra isə parlament seçkiləri gəlir. Hesab edirəm ki, bu yay fasiləsiz işləyəcəyik. Ona görə də tətil barəsində düşünmürəm”.

ADP sədri Sərdar Cəlaloğlu da həmkarı kimi istirahəti axırıncı plana keçirib:

“Hazırda yeni kitabım üzərində çalışıram. İndi bu dəqiqə ofisdə oturub işləyirəm. Elə yayın sonuna qədər də işləyəcəyəm”.

Politoloq Ərəstun Oruclu da istirahət üçün paytaxt Bakını seçib.

Millət vəkili Etibar Hüseynov isə sualımıza cavabı aşağıdakı kimi verib:

“Bir il olar ki, heç bir televiziya kanalına və ya sayta açıqlama vermirəm. Diqqətinizə görə təşəkkür edirəm”.

Politoloq Arzu Nağıyev istirahət üçün xarici seçib:

“Harada istirahət edəcəyimi indi dəqiq deyə bilmərəm. Ancaq yəqin ki, Qərbi Ukraynada və Azərbaycan rayonlarında bu yay dincələcəyəm”.

Politoloq Zərdüşt Əlizadə istirahətini ata yurdunda edəcək:

“Atamdan qalma Bilgəhdə bir bağım var. Bu yay istirahətimi orada edəcəyəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net