
Azərbaycanlılar, İrəvan da daxil olmaqla öz tarixi torpaqlarına qayıdacaqlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Helsinkidə ATƏT-in Parlament Assambleyasının yubiley sessiyasında çıxışında deyib.
B.Muradova bildirib ki, ATƏT və qurumun Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkət etməlidirlər.