“Sarkisyan xalqla rəftar siyasətini dəyişməlidir” – Ruben Babayan
Tarix: 6-07-2015, 14:33 | Çap et
“Sarkisyan xalqla rəftar siyasətini dəyişməlidir” – Ruben Babayan
“Xalqı işıqla imtahan etmək olduqca təhlükəlidir”.

Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə bunu Ermənistanın keçmiş baş nazirinin müavini Ruben Babayan deyib. Babayan bildirib ki, xalqla bu cür rəftar daha acı fəsadlara gətirib çıxara bilər:

“Sarkisyan xalqla rəftar siyasətini dəyişməlidir. Millətlə bu cür amansız rəftar yolverilməzdir. Erməni xalqı bundan da çətin vəziyyətdə olub, amma həmişə nəyəsə inanıb. Serj Sarkisyan isə 7 illik hakimiyyəti dövründə bu inamı da öldürüb”.

Ruben Babayan həmçinin bildirib ki, mitinqlər zamanı həbs edilən qalan 269 nəfər də azad edilməlidir:

“Həlak olan jurnalistin ailəsindən üzr istənməli və kompensasiya ödənməlidir. Qərb və ya Rusiya indi susa bilər, Ancaq bir vaxt gələcək bütün bunların haqq- hesabı sorulacaq. Elektrik enerjisinin tarifləri əvvəlki vəziyyətinə qayıtmalıdır. Hakimiyyət bu məsələdə tərəddüd edirsə bu onların hələ də alternative çıxış yolu tapmadığından xəbər verir”.

Qeyd edək ki, 14 gündür davam edən İrəvandakı ümumxalq mitinqləri hələ də tələblərinin qarşılığını almayıb. Aksiyaçıların ilkin etirazsına səbəb olan işıqpulu tariflərinin aşağı salınmadığı bildirilib. Üstəlik aksiyalar zamanı həbs edilmiş etirazçıların çox böyük hissəsi hələ də azadlığa buraxılmayıb.

Ermənicədən çevirdi:





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net