
Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib, amma mükafatdan imtina edib.
İdman saytlarının məlumatına görə Messi finalda Çili yığmasına penaltilərdə 1:4 hesabı ilə uduzduqlarına görə belə bir addım atıb.
Messi Amerika kubokunda 6 oyunda 1 qol və 3 ötürmə verib.