“240 milyardı yeyəndə bilməliydilər ki...”
Tarix: 6-07-2015, 13:14 | Çap et
“240 milyardı yeyəndə bilməliydilər ki...”
İqtisadçı Qubad İbadoğlu böhrandan çıxa bilməyən Yunanıstanda keçirilən referendumu şərh edib.

Axar.az xəbər verir ki, ekspertin fikrincə, Yunanıstandakı referendum Avropa Birliyi ilə danışıqlar üçün qapını açıq saxlayıb:

“Yunanlar referendumda "yox" deməklə Baş nazir Aleksis Çiprasın danışıqlarda mövqeyini möhkəmləndirsə də, qeyri-müəyyənlik davam edir. Bu qeyri-müəyyənliyin ilk zərbəsini dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin alıb. Bu gündən Çin valyutası və şirkətlərinin səhmləri dəyərini itirməyə başlayıb. Bu proseslərin digər bazarlara təsiri də istisna olunmur”.

Ekspert qeyd edib ki, dünən Afinada baş verənlər həm Avropa, həm də yunanlar üçün yaxşı dərs oldu:

“Bir tərəfdən işləməkdən başqa hər şeyə razı olan, aldıqları borcları öz qazancları kimi xərcləyən yunanlar, digər tərəfdən isə dəyərsizləşən yunan iqtisadiyyatından mənfəət qazanmaq istəyən xarici investorlar passiv biznesə sərmayələri ilə bütövlükdə bu ölkənin gələcəyinə ciddi şübhələr yaradıblar. Odur ki, Avropa Birliyi rəhbərlərinin planlaşdırılan görüşündə müzakirələrin ağır keçəcəyi gözləniləndir. Hətta həmin görüşdə kredit şərtləri yumşalsa da, Yunanıstan borclarını qaytarmaq məcburiyyətindədir. Əslində, borc probleminin həllinin ən doğru yolu da budur. Yunanlar başa düşmədilər ki, xərclədikləri pullar onların deyil, özgəninki olub və bu pullar da istiənilən halda və nə vaxtsa geri qaytarılmalıdır. Məbləğ isə balaca deyil, söhbət 240 milyard avrodan gedir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net