MTRŞ-dan 18+ açıqlaması
Tarix: 6-07-2015, 12:32 | Çap et
MTRŞ-dan 18+ açıqlaması
Filmin və ya proqramın azyaşlıların şəxsi mənafeyinə xələl gətirə bilmə ehtimalını bildirmək üçün xüsusi işarələrə ehtiyac yoxdur.

Bu sözləri Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov bir çox kanallarımızda “ağıllı işarələr”in olmaması ilə bağlı Axar.az-a danışarkən deyib:

“2015-ci ilin aprel ayında Milli Televiziya və Radio Şurası uşaqlar və yetkinlərlə bağlı kodsuz yayımlanan film və proqramlar haqda yeni qaydalar müəyyən etdi. Əgər televiziya efirində yayımlanan materialda azyaşlıların və yetkinlik dövrünə çatmayanların şəxsi mənafeyinə xələl gətirmə ehtimalı olan material yayımlanacaqsa, bu, saat 23:00-dan səhər 07:00-a qədər olmalıdır. Belə olduğu hala, heç bir ağıllı işarəyə və ya xəbərdarlığa ehtiyac qalmır. Onsuz da müəyyən olunmuş zaman kəsiyində yayımlanan materiallar öz yayım saatı ilə müəyyən xəbərdarlıq mesajı ötürür”.

Qeyd edək ki, 18+ tipli “ağıllı işarələr” uşaqları və gəncləri verilişlərin, filmlərin zərərli təsirlərdən qorumaq üçün müəyyən edilmiş işarələr sistemidir. Son vaxtlar verilişlərdə təhqiramiz ifadələrin işlənməsi “ağıllı işarələr”in bütün kanallara tətbiqinin zəruri olmasını gündəmə gətirmişdi.

MTRŞ-dan 18+ açıqlaması





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net