Nazarbayev və Astana ad günlərini qeyd edir
Tarix: 6-07-2015, 12:24 | Çap et
Nazarbayev və Astana ad günlərini qeyd edir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün 75 illiyini qeyd edir.

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən bildirir ki, ölkə lideri ad gününü yüksək əhval-ruhiyyədə qarşılayır.

O, mediaya müsahibəsində bildirib ki, özünün şəxsi planlarına daxil olmayan növbədənkənar prezident seçkiləri bu il alınıb və hamı üçün təəccübləndirici nəticə ilə başa çatıb: “Bu, təbii ki, əhval-ruhiyyəni yüksəldir. Düşünürəm ki, istənilən siyasətçi məni düzgün başa düşər”.

Nazarbayevin qeyd etdiyinə görə, keçilmiş həyat yolu insan yaddaşında parlaq anlar qoyur, hər şey toplanır və ikinci dərəcəli olanlar unudulur.

“Ağır zamanlar olub. Digər tərəfdən isə, bu, qazaxıstanlıların digər nəsli üçün təkrarlanmayacaq zaman idi.

Mən yalnız ölkəmizin müstəqilliyinin şahidi deyiləm, həm də bu müstəqilliyi, bu dövləti yaradanlardan biriyəm”, - deyə prezident vurğulayıb.

Yeri gəlmişkən, 6 iyul Qazaxıstanda həm də dövlət bayramı - paytaxt günü (onu Aztana günü də adlandırırlar) qeyd olunur.

Həmişə xüsusi təmtərağı ilə seçilən həmin bayram bu il üç gün davam edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net