CHP-nin şərtləri
Tarix: 6-07-2015, 12:13 | Çap et
CHP-nin şərtləri
Cümhuriyyət Xalq Partiyası koalisyon üçün hazırlıqlarını başa çatdırıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu baş nazir Əhməd Davudoğlu ilə keçirəcəyi görüşdə 14 maddədən ibarət tələblərini irəli sürəcək.


Görüşün şəffaf şəkildə keçirilməsi, perspektivdə inamsızlıq probleminin yaşanmaması üçün Kılıçdaroğlu atılacaq addımları 100 günlük, bir illik və iki illik tələblər formasında irəli sürəcək

CHP-nin koalisiyada təmsil olunması gerçəkləşərsə, iki il müddətində aşağıdakı qanunların qəbul edilməsi tələb ediləcək

100 günlük planlar

-Pensiyaçılara Ramazan və Qurban aylarında əlavə maaş verilməsi

- Ailə sığortası

- Siyasi Əxlaq qanunun qəbul edilməsi

- Büdcənin xərclənməsinə nəzarət etmək üçün Məclis Hesab Komissiyasının yaradılması

1 illik planlar

- Minumum əməkhaqqı üzərində olan vergilər aradan qalxacaq, minimum əməkhaqqı 1500 lirə olacaq

- Kəndlilərə mazutun litri 1,5 lirədən veriləcək

- Siyasi partiyalar haqqında qanun demokratiyanı gücləndirəcək şəkildə dəyişəcək

- Yüzdə on seçim barajı qalxacaq

- Təşviq sistemi dəyişəcək

İki illik planlar

- Qüvvətlər ayrılığı prinsipini və parlamentar demokratiyanı gücləndirəcək bir Konstitusiya yaradılacaq

- Haqq və azadlıqlarının dairəsini genişləndirəcək işlər həyata keçiriləcək

- YÖK ləğv ediləcək





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net