Mübariz Qurbanlının `məzarlıq layihəsi` niyə gecikir?
Tarix: 6-07-2015, 12:00 | Çap et
Mübariz Qurbanlının `məzarlıq layihəsi` niyə gecikir?
“Bakıda yeni məzarlıqların salınması üçün hazırda İqtisadiyyat və Sənaye Nazirliyi ilə komitə arasında iş aparılır. Artıq lazımı sənəd Nazirlər Kabinetinə təqdim olunub ”.

Bu barədə AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Hazırda bu iqtiqamətdə iş davam etdirilir və çox güman ki, payızda Milli Məclisə təqdim olunacaq. Həmin sənəddə müəyyən məqamlar var ki, onların tam dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Hesab edirəm ki, görülən işlər müsbət həllini tapacaq”.

M.Qurbanlı onu da bildirib ki, hazırlanan layihədə yeni salınacaq məzarlıqlarla bağlı müddəalar yer alıb.

“Dəyişikliklər əvvəlki qəbristanlıqlara şamil edilmir. Yeni salınacaq məzarlıqların standartları dinimizə və qanunlara uyğun müəyyənləşəcək. Köhnə qəbristanlıqların köçürülməsinə ehtiyac duyulacaqsa, təbii ki, bu, yerli icra hakimiyyətlərinin müvafiq sərəncamı ilə həyata keçiriləcək. Yəni, yeni hazırlanan qanunda qəbristanlıqların yerinin dəyişdirilməsi tənzimlənmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net