Roma Papası Fransisk Latın Amerikasına səfərə gedib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun ilk gəlişi Ekvadora olub. Ancaq təyyarədən enərkən xoşagəlməz hadisə ilə üzləşib - güclü külək onun başından pipeolus adlanan baş örtüyünü uçurub.
Fransisk dayanmayıb və təyyarənin pillələkənlərindən enməyə başlayıb. Onu Ekvadorun prezidenti Rafael Korrea qarşılayıb.