"Qarabağ" - "Rudar" oyununun biletləri nə vaxt satışa çıxacaq?
Tarix: 6-07-2015, 10:31 | Çap et
"Qarabağ" - "Rudar" oyununun biletləri nə vaxt satışa çıxacaq?
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Rudar” (Monteneqro) matçının biletləri iyulun 10-dan etibarən satışa çıxacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Biletlərin qiyməti isə 1, 2 və 20 manatdır. 12-17-ci və 29-38-ci sektorlar üçün bilet qiyməti 2 AZN, digər sektorlar isə 1 AZN-dir. VİP bölməyə biletin qiyməti 20 AZN-dir.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə biləcəklər.

Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünü qızıl dublla başa vuran “Qarabağ” Monteneqronun “Rudar” klubunu iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Matçın start fiti saat 21:30-da veriləcək.

Qurban Qurbanovun komandası hazırda Avstriyada təlim-məşq toplanışındadı. Klub bundan əvvəl keçirdiyi iki yoldaşlıq matçında da məğlub olub. Ağdam klubu iyunun 30-u Avstriya aşağı divizion təmsilçisi “SV Horn”a 3:4, iyulun 3-ü Rumıniya çempionatının qalibi "Styaua" klubuna isə 2:3 hesabı ilə məğlub olmuşdu. “Qarabağ növbəti yoldaşlıq matçını 7-si isə Rusiyanın “Lokomotiv” klubuna qarşı keçirəcək.

95 yaşlıq tarixə malik olan “Rudar” ev oyunlarını 10 min nəfərlik azarkeş tutumuna malik Qradski stadionunda keçirir. "Qarabağ"ın rəqibi Çernoqoriya çempionatı yarandığı ildən - 2006/07 mövsümündən bu müddətdə 2 dəfə ölkə çempionu olub, 1 dəfə gümüş, 1 dəfə də bürünc medalları qazanıb. Rudar 3 dəfə ölkə kubokunun qalibi olub.
Klubun Avropa arenalarında ən ciddi uğuru iki dəfə birinci təsnifat mərhələsini adlamasıdır. Klub Avropa miqyasında keçirdiyi 13 matçdan yalnız 3-də qələbə qazana bilib. 2 matçda rəqibi ilə sülhə razılaşan Monteneqro təmsilçisi 8 matçda rəqibinə məğlub olub. 10 dəfə rəqib qapılarına yol tapan “Rudar”, 22 dəfə topu öz qapısından çxarmalı olub.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net