"Aygün başa düşdü ki, bu işə qoşulmaq lazım deyil" - İlhamə Quliyeva
Tarix: 3-07-2015, 17:05 | Çap et
"Aygün başa düşdü ki, bu işə qoşulmaq lazım deyil" - İlhamə Quliyeva
Xalq artisti Aygün Kazımova və müğənni Elton Hüseynəliyev İlhamə Quliyevanın “İncitmə qəlbimi” mahnısını oxumaq istəyib.

Axşam.az-ın məlumatına görə, bu haqda İ.Quliyeva “ATV Maqazin” verilişində xəbər verib:

“Elton da, Aygün də ağıllıdır. Onlar mənim “İncitmə qəlbimi” mahnımı oxuyacaqdılar. Sonra başa düşdülər ki, bu işə qoşulmaq lazım deyil. Mən sağ ola-ola onların belə etməsi nəyə lazımdır? Özüm Rəşad İlyasovla oxumuşam. İndi isə çox sevdiyim başqa bir ifaçıyla oxudum. Payızda işıq üzü görəcək. Aygünlə Elton mahnını bu gün də oxuya bilər. Çünki mən icazə vermişəm".

Qeyd edək ki, İ.Quliyeva sözügedən mahnını əməkdar artist Abbas Bağırovla duet şəklində ifa edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net