Moskvada azərbaycanlı biznesmen evinə gələn quldurları belə qovdu - VİDEO
Tarix: 3-07-2015, 16:45 | Çap et
Moskvada azərbaycanlı biznesmen evinə gələn quldurları belə qovdu - VİDEO
Moskvanın Odinsovo rayonunda 58 yaşlı azərbaycanlı biznesmen Akif Novruzov ötən gecə toppuzdan istifadə edərək evinə gələn quldurları qovub. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, quldurlar onun evinin yerini yaxşı bildiklərindən həyətdəki kameraya düşməyiblər.

“Onlar qonşu ev tərəfdən gəliblər, hasardan aşıblar, çünki kamera olduğunu biliblər. Bundan əlavə, quldurlar yaxşı biliblər ki, həyətdə it var, adətən, gecə açıb buraxırıq, bu gecə işə qəfəsdə olub”, - biznesmen deyib.

Akifin sözlərinə görə, quldurları ilk dəfə gəlini pəncərədən baxarkən görüb. O, qışqırıb və bundan sonra biznesmen üç nəfərin siluetini görərək aşağı düşüb.

“Cinayətkarlardan dedilər ki, bizi öldürməyəcəklər, onlara yalnız pul lazımdır”, - Akif deyir.

Bu sözdən sonra ev sahibi “çağırılmamış qonaqlara” hücum edib, nəticədə dava başlayıb. Cinayətkarlardan biri ev sahibinə atəş açıb, ikincisi onu çiynindən mismar çıxaranla yarayıb, nəticədə biznesmen huşunu itirib. Hansısa məqamda gücsüz qalan Akifin gözünə toppuz görünüb və onunla cinayətkara bir neçə zərbə endirib: “Mən bir neçə zərbə vurdum, başına dəyməməsinə çalışırdım, əks halda öldürə bilərdim”.

Onun köməyinə 28 yaşlı oğlu gəlib və travmatik tapançanı çıxararaq quldurlara tərəf qaçıb. Silahı görən cinayətkarlar aradan çıxıblar. Akif indi müalicə olunur. Ailənin qalan üzvlərinin xəsarətləri ciddi deyil.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net