Eks-prezidentin qardaşı oğlunun evi bombalandı
Tarix: 3-07-2015, 16:24 | Çap et
Eks-prezidentin qardaşı oğlunun evi bombalandı
Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Sanada bəzi məntəqələrə hava zərbələri endirib.

Axar.az xəbər verir ki, koalisiya qüvvələri aralarında sabiq prezident Əli Abdulla Salehinin qardaşı oğlu və Prezident Qvardiyasının sabiq rəhbəri polkovnik Tariq Məhəmməd Abdullah Salehin evinin də olduğu obyektlər hədəf seçilib.

Paytaxtın şimalındakı Əl-Cərraf bölgəsində Husilərin nəzarətindəki bəzi nöqtələr də vurulub. Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net