Fransa Assanja sığınacaq verməkdən imtina etdi
Tarix: 3-07-2015, 16:03 |
Çap et
Fransa hakimiyyəti Culian Assanj sığınacaq verməkdən imtina edib.
Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə WikiLeaks təsisçisinin “Le Monde” qəzeti vasitəsi ilə prezident Ollanda müraciətinə cavab olaraq Yelisey sarayından bəyan ediblər.
Qeyd edək ki, daha öncə WikiLeaks-in təsisçisi Culian Assanj fransız prezidenti Fransua Ollanddan sığınacaq istəyib.
Bu mövzuda açıq məktubu Assanju “Le Monde”-də dərc etdirib.
O, WikiLeaks-dəki fəaliyyətindən danışaraq, təhlükədə olduğunu bildirib.