Yaroslav Kuzminov: Rusiyada iqtisadi böhranla bağlı proqnozlar özünü doğrultmadı
Tarix: 3-07-2015, 15:32 | Çap et
Yaroslav Kuzminov: Rusiyada iqtisadi böhranla bağlı proqnozlar özünü doğrultmadı
Qərbin Rusiyaya qarşı sanksiyalarının iqtisadi nəticələrində dərinləşmə gözlənilmir. Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda jurnalistlərə Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı da ABŞ və Avropa iqtisadiyyatı kimi sanksiyalar rejiminə öyrəşməyə başlayıb.

Rektor bildirib ki, rublun yarım dəfə devalvasiyası baş verdi və rublla əlaqəsi olan MDB ölkələrinin valyutaları da buna reaksiya göstərdi: “Azərbaycanın milli valyutasının 34 faiz devalvasiyası iki ölkə iqtisadiyyatının sıx əlaqəsinin göstəricisidir”.

Y.Kuzminov bildirib ki, ötən ilin sonu və bu ilin əvvəlində Rusiya ÜDM-nın 3 faiz aşağı düşməsi ilə bağlı proqnozlar son dərəcə bədbin proqnozlardır ki, bu da özünü doğrultmadı.

Rektor hesab edir ki, 2016-cı ildə inflyasiyanın böhrandan öncəki səviyyəsinə - 6-7 faizədək - düşəcəyi gözlənilir ki, bu da əsas istehsalçıların planlarının sabitləşməsini mümkün edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net