Dharmendraya islamı qəbul etdirən əfsanə: “Bu gözəl qızı yenə filmə çəkin”
Tarix: 3-07-2015, 15:08 | Çap et
Dharmendraya islamı qəbul etdirən əfsanə: “Bu gözəl qızı yenə filmə çəkin”
Bollivud fimlərinin canlı əfsanəsi, gözəllik ilahəsi olan Hema Malini yol qəzasına uğrayıb. Aktrisaya məxsus "Mercedes" markalı avtomobil Hindistanın şimal-qərbində başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində digər avtomobildə bir uşaq ölüb, dörd nəfər xəsarət alıb. Hema Malini dərhal xəstəxanaya çatdırılıb və həyatı təhlükəsi yoxdur.
Bu xəbər sadəcə hindliləri deyil, eyni zamanda bu gözəl xanımı sevən insanları üzdü. Hema Malini Hindistanın ən sevdiyi, hörmət etdiyi aktrisalardan biridir, bəlkə də birincisidir.
Hema Malini 16 oktyabr 1948-ci ildə dünyaya gəlib. Tamillandda dünyaya gələn aktrisanın debüt filmi telluqu dilində olub. Rac Kapurla çəkildiyi filmdən sonra aktrisa qısa zamanda böyük uğur qazanır. Təkcə tanınmış aktyorlarla filmlərə çəkilməsi deyil, öz misilsiz gözəlliyi izləyicilərin qəlbini fəth edə bilir. Doğrudur, tənqidçilər onu sadəcə gözəl qadın kimi qiymətləndiriblər. Xalq isə onu sevir, pərəstişkarları gündən günə artır. Onun uğuruna Şabana Azmi, Smita Patel, hətta əsrarəngiz Rekha belə həsəd aparıb.

Hema Tamillandı tərk etdikdən sonra ciddi şəkildə dərsləri, rəqsləri ilə məşğul olur. Atası isə onun aktrisa olması fikrinə qarşı çıxıb və hətta etiraz əlaməti olaraq yeməkdən imtina edib. Sonra anasının səyləri nəticəsində Hemanın atasını razı sala bilirlər. Bombeydə məşhur rejissor Şridhard Hemanı bəyənir və onu filmə dəvət edir, lakin adını dəyişib Sudcaata qoymasını tələb edib. Bir neçə ay sonra Hemanın tərəf müqabili müqaviləni ləğv edir. Onun rolun öhdəsindən gələ bilmədiyini və onunla işləmək istəmədiyini bildirir. Gələcəyin “arzuların xanımı” olan Hema buna çox da üzülmür. Anasını onun məşhur aktrisa olma arzusunu gerçəkləşdirmək üçün daha çox çalışır.
İlk filmi olan “Panda bu dünyanı tərk edir” uğur qazanmasa da tamaşaçıların Hemaya rəğbəti yaranır. Prodüser Anand Svami onu Hindistan radiolarının ən yaxşı diktorundan dərs almasına nail olur ki, Hemanın kəskin cənub şivəsi dərslər sayəsində aradan qalxır. Onların zəhməti boşuna getmir və tezliklə Rac Kapurla birgə “Arzuların satıcısı” filminə çəkilir. 20 yaşlı Hema üçün bu misilsiz uğur idi. Film çoxlu pul gətirməsə də, Rac Kapurun ofisinə on minlərlə məktub gəlirdi: “Bu gözəl qızı yenə filmə çəkin”.

İlk vaxtlar onun üçün kinoşünaslar və xanım həmkarları tərəfindən lüzumsuz çox tənqid olunurdu. Lakin buna baxmayaraq Hindistanın bütün kişiləri bu gözələ aşiq idilər. Təsadüfi deyil ki, Pəncab aslanı olan Dharmendranın qəlbinini də Hema fəth etmişdi. Onlar film çəkilişlərində qarşılaşdılar. İlk filmdən aralarında yaranan səmimiyyət sonradan sevgiyə çevrildi. Qısa bir zamanda onlar 4 filmdə bir yerdə çəkilmək üçün təklif aldılar.
Hemanın yaradıcılığının ən gözəl filmlərindən olan “Zita və Gita”nın çəkilişi onların melodrama sahəsində təcrübəsi olur. Bu filmdə onların arasında münasibət irəliləyir, lakin çəkilişlər zamanı dramatik bir mühit yaranır. Hema ilə Dharmendranın münasibətləri inkişaf etdikcə, Hemanı sevən Sandciv Kumar xəyal qırıqlığına uğrayır. Dövrünün məşhur, populyar olar aktyoru bu gözələ dəlicəsinə aşiq olur. Evlilik təklifinə Hema yox deyir. “Qanun və qisas ” filmindən öncə ona etdiyi evlilik təklifini rədd edir.Filmdə Sandcivlə bir yerdə də eyni kadrı paylaşmır. Sandciv isə heç kəslə ailə həyatı qurmur və 47 yaşında vəfat edir.
Hema ilə Dharmendra bir birini sevsə də, ortada böyük problem vardı. Dharmendra rəsmi olaraq evli idi. Övladları Dharmendraya boşanmağa razılıq vermir və Hemanın ailəsi buna qarşı çıxır. Hema isə bütün çətinliklərə rəğmən sevgisindən vaz keçmir. Dharmendra ona görə islamı belə qəbul edir. Amma onlar yenə də qeyri-rəsmi ailə qururlar. Lakin mühafizəkar, hind filminin anası sayılan Nərgizdən belə üz çevirən hind xalqı bu cütlükdən üz çevirmir.

Zaman keçdikcə Hema daha çox ailəyə bağlanır, filmlərə çəkilmir, rəqslərdə iştirak edir. Xalq isə onu unutmur, yeni filmdə çəkiləcəyini ümid edir. Çəkildiyi filmləri, teleserialları böyük zövqlə izləyirlər. 160-dan çox filmə çəkilən Hema hələ də Hindistanın ən sevilən aktrisası, canlı əfsanəsidir. Son dönəmlər çəkildiyi “Sevgi və xəyanət” filmi öz möhtəşəmliyi ilə seçilir. “Vir Zaara”, “Ata”, “Alçalmış mələk” filmlərində yaratdığı obrazlar, rəqslər onun necə əsrarəngiz olduğunu göstərir.

Hema sadəcə 70-ci illərin kino kraliçası deyil, həm də siyasətlə məşğul olub. 2010-2011 Hindistan Xalq Partiyasının baş katibi seçilib. Qadınların zorakılığına qarşı keçirilən aksiyaların önündən dayanan məşhur xanımlardan biridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net