Tanınmış analitik: “Ermənistanı bir gecədə zorladılar: Rusiya Azərbaycanla əlaqələrdə özünü ehtiyatla aparır”
Tarix: 3-07-2015, 14:50 | Çap et
Tanınmış analitik: “Ermənistanı bir gecədə zorladılar: Rusiya Azərbaycanla əlaqələrdə özünü ehtiyatla aparır”
“Ermənistanın ən yaxşı ekspertləri ölkənin Avropa Birliyi ilə assosiasiya sazişi imzalaması üçün dörd il ciddi çalışdılar. Lakin ifadəmə görə üzr istəyirəm, Ermənistanı bir gecədə zorladılar və prezident Serj Sərkisyan Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etdi”.

Modern.az saytının xəbərinə görə bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində Rusiyanın tanınmış siyasi xadimi, publisist, analitik Andrey Piontkovski deyib.

Ekspertin sözlərinə görə, rəsmi Yerevan Avropa Birliyi ilə assosiasiya sazişi imzalasaydı, bu, Ermənistanın xeyrinə olacaqdı.

“Bu təkcə ölkənin ticarətini yox, həm də Ermənistanın özündə Konstitusiya islahatlarına dair oyun qaydalarını dəyişdirəcəkdi. Sizcə, Putin niyə görə Ukraynaya müharibə elan etdi? Çünki bilirdi ki, Ukraynanın Avropa Birliyi ilə assosiasiya razılaşmasını imzalaması Ukraynanın iqtisadi sistemini əsaslı şəkildə dəyişdirəcək”.

Politoloqun fikrincə, Kremlin postsovet məkanında güc yolu ilə mövqelərini möhkəmləndirmək səylərindən Rusiya özü itirir.

Andrey Piontkovski hesab edir ki, Rusiyanın belə möhkəmlənməsi yalnız mənfi emosiyalar doğrurur.

O, Rusiya-Azərbaycanın əlaqələrini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti də şərh edib və deyib ki, Moskva Bakı ilə münasibətlərin qurulmasında özünü daha ehtiyatlı aparır:

“Rusiya Azərbaycanla əlaqələrdə özünü ehtiyatla aparır. Çünki Azərbaycan neft dövləti kimi müstəqil iqtisadiyyata malikdir. Moskva Azərbaycanın Qərblə münasibətlərini də diqqətlə izləyir. Rusiya Qarabağ probleminin nə sülh, nə də hərbi yolla həllində maraqlıdır. Çünki belə olan təqdirdə, tərəflərə silah satır. Rusiyanın möhkəmlənmək siyasəti belə şəkildədir”.

Andrey Piontkovski Rusiya prezidenti Vladimir Putinin Avrasiya İqtisadi İttifaqından özünün şəxsi təbliğatı və geosiyasi hədəflərinin təmin olunması üçün yararlandığını vurğulayıb. Onun bildirdiyinə görə, Belarus və Qazaxıstan Avrasiya İttifaqına qoşulmaqla özlərinin müstəqilliyini qorumaq niyyəti güdüblər:

“Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya siyasi elitasının imperiya komplekslərini çox yaşı başa düşürlər. Lukaşenko və Nazarbayev hər ikisi çox ağıllı siyasətçidirlər. Onlar Moskvanı kompleks şəkildə görürlər və ölkələrinin müstəqilliklərini müxtəlif üsuallarla müdafiə edirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net