Rusların 86 faizinin fikri məlum oldu
Tarix: 3-07-2015, 14:36 | Çap et
Rusların 86 faizinin fikri məlum oldu
Aparılan son araşdırmadan sonra məlum olub ki, rusiyalıların əksəriyyəti ordunun istənilən təhlükəni dəf etməyə hazır olduğuna inanır.

Axar.az məlumat verir ki, VTSİOM ictimai araşdırma mərkəzinin hesabatına görə, sorğuda iştirak edən əhalinin 86 faizi Rusiya ordusunun gücünə arxayındır.

Anketə qatılanların 40 faizi zabitlərə hörmət etdiyini, 39 faizi isə rus əgəri ilə qürur duyduğunu deyib. İştirakçıların 20 faizi isə orduya qatılmaq istədiyini bildirib.

Sosioloqlar bu nəticəni ölkədə son illərdə orduya qarşı mənfi münasibətin dəyişdiyinin işarəsi olaraq qiymətləndirir.

Vahid Rusiya Partiyasının millət vəkili Frans Klintseviç isə nəticələri Müdafiə naziri Sergey Şoyqunun fəaliyyəti ilə əlaqələndirib. Millət vəkilinin fikrincə, nazirin yüksək peşəkarlığı və son dövrdə həyata keçirilən hərbi islahatlar öz nəticəsini verib.

Xatırladaq ki, şimal qonşumuzun ordusuna güvən ötən il 66 faiz civarında olub. Bir il ərzində bu rəqəmin 86 faizə çatması, orduya güvənməyənlərin isə 25 faizdən 10 faizə enməsi Rusiyaya qarşı aparılan təcrid siyasəti ilə əlaqələndirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net