“Sevgi ilə qurulan ailə tez dağılır”- Ayan
Tarix: 3-07-2015, 12:14 | Çap et
“Sevgi ilə qurulan ailə tez dağılır”- Ayan
Müğənni Ayan Babakişiyeva “Hər şey daxil” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, ailə münasibətlərindən danışan ifaçı teleaparıcının “Ailə qurandan sonra bəyin qohumları ilə necə münasibət qurulmalıdır?” sualına cavab verib:

“İnsan ailə quranda birinci tərəf müqavilini özünə uyğun seçməlidir. Hər zaman vurğulamışam ki, ailə quranda çalışın sevməyin. Sevgi ilə qurulan ailə tez dağılır. Qısqanclıq hissi yaranır, həyat yoldaşı tərəfindən yersiz zənglər, “haradasan?”, “neynirsən?” kimi suallar çoxalır. Sevmədən qurulan ailədə artıq suallar, problemlər olmur.

İkinci məsələyə toxunum. Ailə qurduqda həyat yoldaşınız varlıdırsa, kişinin qohumları sizi çox istəməyə başlayır. Çünki bilirlər ki, sizin sözünüz ərə keçəcək, bütün xahişləriniz yerinə yetəcək. Məsləhət görürəm ki, xanımlar düzgün siyasət yeritsinlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net