Xalq artistinin qızından homoseksuallara dəstək- “Gey olsa belə...”
Tarix: 3-07-2015, 11:42 | Çap et
Xalq artistinin qızından homoseksuallara dəstək- “Gey olsa belə...”
Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə Kərimova ABŞ-da cinsi azlıqların nikahının rəsmiləşməsinə icazə verən qanunun qəbul edilməsinə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni cinsi azlıqları dəstəklədiyini bildirib:

“Mən bütün cinsi azlıqlara hörmətlə yanaşır, onları dəstəkləyirəm. Gey, lezbi, trans və ya biseksual – hansı olur olsun, mənim üçün fərqi yoxdur. Onlar da insandır və mən onların istəklərinə, seçdikləri yaşam tərzinə hörmətlə yanaşıram. Hər kəsi onları olduğu kimi qəbul etməyə çağırıram. Unutmamalıyıq ki, bu yolu onlar özləri seçməyib. Onların təbiəti belədir, belə yaranıblar. Həmin insanların əksəriyyətinin müəyyən kompleks yaşaması cəmiyyətin onları qəbul etməməsi ilə bağlıdır. Məhz ictimai qınaqdan çəkinərək gey olduqlarını gizlətmək məcburiyyətində qalırlar. Mənim ətrafımda da belələri var. Əsas odur ki, gey olsa belə, onlar kişi görkəmini qoruyub saxlamağı bacarır. Çox vaxt onların cinsi azlıqların nümayəndəsi olduğu hiss olunmur. Tanımayanlar bunu heç vaxt təxmin edə bilməz. Mən cinsi azlığın təbliğ olunmasının əleyhinəyəm. Amma təssüf ki, Azərbaycanda olan geylərin əksəriyyəti qadın kimi yeriyir, üzlərinə tonal krem çəkir, ənlik və kirşandan istifadə edir. Bu düzgün deyil. Gey olmaq insanın intim həyatıdır. Mən intim həyatını gizli saxlayan cinsi azlıqlara hər zaman dəstəyəm və dəstək də olacağam”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net