Talibanın kəşfiyyat şefi həbs olundu
Tarix: 3-07-2015, 10:53 |
Çap et
Talibanın Əfqanıstanın şimalındakı 4 vilayətdən məsul kəşfiyyat rəhbəri Molla Məhəmməd Nabi həbs olunub.
Axar.az xəbər verir ki, Fəryab vilayətinin təhlükəsizlik idarəsinin sözçüsü Səid Məsud Yaqub “Anadolu” agentliyinə açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, Nabi Fəryab vilayətinin Qurzivan mahalında tutulub.
Xatırladaq ki, Məhəmməd Nabi Talibanın kəşfiyyat işləri ilə bərabər xaricdən silah və maliyyə qaynaqlarının cəlb olunması və digər önəmli işlərə başçılıq edirmiş.