Merkel dönərçi oldu (FOTO)
Tarix: 2-07-2015, 18:07 |
Çap et
Almaniya kansleri Angela Merkelin dönəri sevdiyi hər kəsə məlumdur.
ANS PRESS-in məlumatına görə, federal kansler dünən bunu bir daha sübut edib. Berlinin ən işlək küçələrindən Unter den Linden küçəsində dükanları ziyarət edən dönərçi dükanına da baş çəkib.
O, partiyasının yay şənliyi üçün hazırlanmış dönəri öz əlləri ilə servisə verib. Merkel sahibi etnik türk olan dükanda hazırlanmış 80 kiloqramlıq dönərin dadına baxıb.
Bıçağı əlinə alan Angela Merkel əvvəljə dönəri kəsib və qabına qoyub. Əvvəl dönəri çəngəllə yeyən Merkel son tikələri əlləri ilə ağzına qoyub.
Türkiyənin Kastamonu vilayətində Namdi usta tərəfindən 150 il əvvəl yaradılmış dönər milli brend kimi ilk dəfə 1970-ci illərdə Almaniyada qeydə alınıb. Türkiyədən Almaniyaya əmək miqrantı kimi getmiş bir usta ilk dönər dükanını açıb və yeməyi populyarlaşdırıb. İndi dönəri Almaniyada da Türkiyədəki qədər sevirlər.