“Ona görə 2-ci dəfə ailə qurmamışam”
Tarix: 2-07-2015, 17:30 |
Çap et
Əməkdar artist Hüsniyyə Mürvətova “Günaydın” verilişinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, şəxi həyatı haqda danışan əməkdar artist ikinci dəfə ailə qurmamasının səbəbini açıqlayıb:
“Bəlkə də xəyallarımda canlandırdığım qəhrəman qarşıma çıxmayıb, ona görə ikinci dəfə ailə qurmamışam. Övladı olan ana üçün seçim etmək çətindir. Ana olaraq birinci mənim üçün oğlumdur. Bütün sevgimi oğluma vermişəm, həyatımı ona həsr etmişəm. Qadınıq, kiməsə güvənmək, yarımızı tapmaq istəyirik. Allah qismət etsə, ailə quracam. Deyirlər ki, övladlar böyüyəndən sonra valideyn tək qalır. Düşünmürəm ki, gələcəkdə tək qalacam. Oğlum, gəlinim yanımda olacaq.
Qeyd edək ki, aktrisa həyat yoldaşından 2006-cı ildə boşanıb.