“Vəhdət Partiyası qurultaya hazırlaşır”
Tarix: 2-07-2015, 17:00 |
Çap et
Vəhdət Partiyası qurultay keçirməyə hazırlaşır.
Bu barədə Hafta.az-a partiyanın sədri Tahir Kərimli məlumat verib. O bildirib ki, payız aylarından qurultayla bağlı müzakirələr keçirmək niyyətindədirlər:
“Qurultayımızın müddəti ötdüyü üçün keçirmək istəyirik. Ancaq bir sıra texniki problemlərimiz var. Nizamnaməyə görə, qurultayın keçirilməsinə Baş Məclis qərar verməlidir. Düşünürük ki, həm seçki, həm də qurultayla bağlı baş məclisin toplantısını keçirək. Qərar verildikdən sonra bu ilin sonu mütləq qurultay keçirəcəyik”.
AXCP-nin keçirməyi planlaşdırdığı qurultaya da münasibət bildirən Tahir Kərimli bunları dedi:
“AXCP-nin qurultaydan sonra parçalanması gözlənilmir. Çünki orada sədr olmaq iddiasına düşən, potensiallı şəxslər yoxdur. Əli Kərimli seçiləcəyi təqdirdə isə siyasətləri indiki kimi davam edəcək. Onlarla bizim yollarımız çoxdan ayrılıb. Bu baxımdan nə AXCP məni öz tədbirinə dəvət edər, nə də mən gedərəm”.